“Urals” neftinin qiyməti 60% artıb

 “Urals” neftinin qiyməti 60% artıb
# 02 avqust 2021 15:17 (UTC +04:00)

Cari ilin yanvar-iyul aylarında Rusiyanın "Urals" markalı ixrac neftinin bir barelinin orta qiyməti 64,68 ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 60,3% çoxdur.

APA-Economics”in Rusiya Maliyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında bu göstərici 40,34 dollar təşkil edib.

Qeyd olunur ki, bu ilin iyul ayında “Urals”ın bir barel üçün orta qiyməti 72,17 dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (2020-ci ilin iyul ayında sözügedən göstərici 43,91 dollar olub) 64,4% (1,6 dəfə) çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR