20 nömrəli məktəb-lisey bağlanıb, 20 şagird, 15 müəllimdə koronavirus aşkarlanıb - YENİLƏNİB

20 nömrəli məktəb-lisey

© APA | 20 nömrəli məktəb-lisey

# 18 oktyabr 2021 13:28 (UTC +04:00)

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən APA-ya verilən xəbərə görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

***

13:01

Bakı şəhəri 20 nömrəli məktəb-lisey distant təhsilə keçib.

APA-nın məlumatına görə, məktəbdə müəllim və şagirdlər arasında koronavirus infeksiyasına yoluxma qeydə alındığından sabahdan dərslərin distant formada keçirilməsinə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR