9 illik bazadan kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 04 oktyabr 2021 12:07 (UTC +04:00)

Ümumi təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.

APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, sentyabrın 29-dan internet vasitəsilə aparılan ixtisas seçimi bnu gün saat 09:00-da başa çatıb. İxtisas seçimində 6430 abituriyent iştirak edib, onlardan 6330-u Azərbaycan, 100-ü isə rus bölməsindəndir.

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə də ixtisas seçimi başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR