ABŞ-da məktəb yaxınlığında  “Mirage F-1” qırıcısı qəzaya uğrayıb, pilot ölüb

ABŞ-da məktəb yaxınlığında  “Mirage F-1” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
# 25 may 2021 08:52 (UTC +04:00)

ABŞ-ın Nevada ştatının Las Veqas şəhəri yaxınlığında yerləşən Nellis Hava Qüvvələri bazasından qalxan “Mirage F-1” qırıcı təyyarəsi qəzaya uğrayıb.

APA “Fox News”a istinadən xəbər verir ki, bu barədə aviabazanın mətbuat xidməti məlumat yayıb.

Yerli vaxtla saat 14.30-da baş verən qəza zamanı pilot vəfat edib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzaya uğrayan təyyarənin Fransız şirkəti “Dassault Aviation” tərəfindən istehsal olunduğunu bildirib.

Qəzanın mümkün səbəbləri barədə məlumat verilməyib.

Təyyarənin Las Veqasda yerləşən “Martin Luther King” İbtidai məktəbinin yaxınlığında qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR