Agentlik: Regionlarda həkim çatışmazlığı olan ixtisasların siyahısı hazırlanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

© APA | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

# 01 dekabr 2021 17:04 (UTC +04:00)

Hansı regionda hansı ixtisaslar üzrə həkim çatışmırsa onun siyahısı hazırlanıb və yaxın zamanlarda açıqlanacaq.

APA-nın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Təhlil Departamentinin rəhbəri Araz Nəsirov bildirib.

Onun sözlərinə görə, iş axtaran həkimlər bununla bağlı müraciət edə bilər: “Biz həmin həkimlərin işə başlaması ilə bağlı köməklik edəcəyik. Biz sevinərik ki, həkimlər regionlara gedib xismət göstərsinlər”.

A.Nəsirov deyib ki, hazırda Gəncədə bir çox tibb müəssisəsi olsa da onların əksəriyyətinin maddi-texniki bazası tələblərə cavab vermir: “Gəncədə 600 çarpayılıq böyük bir xəstəxana tikilir. Amma o, yarımtikili formasında qalıb. Dövlət investisiya sərf edib onun inşasını tamamlaya bilər, alternativ olaraq özəl sektor da verə bilər. Onun səhiyyə tərəfini yenə də dövlət idarə edəcək, amma köməkçi xidmətlərini – məsələn, laboratoriya, camaşırxana, təmizlik, katerinq xidmətlərini özəl quruma verə bilər”.

Departament rəhbəri qeyd edib ki, xəstəxanalarda idarəetmə qrupları yaradılıb: “Müəyyən qədər data kirliliyi var, bunu bir az inkişaf etdirmək istəyirik. Bütün resurslar vahid FİN üzərindən mərkəzləşdirilir, digər qurumlardan da məlumatlar inteqrasiya edilib. Bundan əlavə, maddi texniki bazası zəif olan xəstəxanalar var, oralara yeni avadanlıqlar almaq istəyirik, son zamanlar 190-a yaxın süni tənəffüs aparatı alınaraq xəstəxanalara quraşdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR