Arxeoloq alim vəfat edib

Abuzər Ələkbərov

© APA | Abuzər Ələkbərov

# 20 may 2021 14:34 (UTC +04:00)

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanda arxeoloji abidələrin toplusu sektorunun rəhbəri, müəssisənin Həmkarlar təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Abuzər İbrahim oğlu Ələkbərov vəfat edib.

AMEA-dan APA-ya bildirilib ki, A. Ələkbərov uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.

Abuzər İbrahim oğlu Ələkbərov 25 iyun 1953-cü il tarixində Qərbi Azərbaycanın Keşişkənd bölgəsinin (müasir Ermənistanın Yeğeqnadzor rayonu) Amağu kəndində anadan olub.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda sektor rəhbəri vəzifəsində çalışıb, Müdafiə şurasının və Elmi şuranın üzvü olub.

Prezident İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Həmkarlar Hərəkatının inkişafında xidmətlərinə görə, Abuzər Ələkbərov “Tərəqqi” medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR