Azərbaycanda 8 regional tullantı poliqonu və 38 ötürücü stansiya yaradılacaq

Azərbaycanda 8 regional tullantı poliqonu və 38 ötürücü stansiya yaradılacaq
# 29 iyun 2021 16:34 (UTC +04:00)

“Ölkədə 8 regional tullantı poliqonunun və 38 ötürücü stansiyanın yaradılması nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu ETSN-in Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə “Ekspert saatı”nda deyib.

O bildirib ki, regional poliqonların yerləri ilə bağlı məsələ həll olunub: “Bu proseslər İqtisadiyyat Nazirliyi tərəfindən koordinasiya olunur. İlkin olaraq hansı ərazilərdə regional poliqonların yaradılamsı məsələsi də həll olunub. Hazırda bu istiqamətdə konkret işlərin görülməsinə başlanılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR