Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

peyvənd

© APA | peyvənd

# 19 may 2021 16:30 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 635 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 633, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 002 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 863 292, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 054 414, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 808 878 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR