Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 04 oktyabr 2021 15:57 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1061 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 829 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8738000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4808374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3929626 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR