Azərbaycanın tanınmış alimi vəfat edib

AMEA-nın müxbir üzvü Tulparxan Şarabudinoviç Salavatov

© APA | AMEA-nın müxbir üzvü Tulparxan Şarabudinoviç Salavatov

# 17 avqust 2021 14:58 (UTC +04:00)

Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində tanınmış alimi, AMEA-nın müxbir üzvü Tulparxan Şarabudinoviç Salavatov 71 yaşında vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Qeyd edək ki, Salavatov Tulparxan Şarabudinoviç 13 oktyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini bitirib.

T.Salavatov 1981-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1990-cı ildə texnika üz­rə elmlər doktoru elmi dərəcələrini, 2003-cü ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

T.Salavatov 302 elmi əsərin, o cümlədən 11 müəlliflik şəhadətnaməsinin və patentin, 13 monoqrafiyanın, dərs vəsaiti və dərsliklərin müəllifidir. Onun rəhbərliyi ilə 4 elmlər və 24 fəlsəfə doktoru hazırlanıb.

Alim elm və texnikanın inkişafındakı nailiyyətlərinə və elmi nəticələrin xalq təsərrüfatına tətbiqinə görə Azərbaycan Respublikasının Əməkdar elm xadimi adlarına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR