Bakıda dönərdən zəhərlənən 8 nəfərin adı açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən APA-ya verilən xəbərə görə, onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Zəhərlənənlər Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət, Soltanov Maqsuddur. Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov və Murad Xəlilov evə buraxılıblar.
Hazırda digərlərinin müalicəsi davam etdirilir.
***
10:14
Bakıda dönərdən zəhərlənən şəxslərin sayı açıqlanıb.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun APA-ya verdiyi xəbərə görə, dönərdən 8 nəfər zəhərlənib, onlardan 1-i 16 yaşlı yeniyetmədir.
“Onlar müxtəlif saatlarda zəhərləniblər. “28 Mall”ın yaxınlığında yerləşən dönərxanadan dönər alıb yeyiblər. Bir qədər sonra həmin şəxslərin hamısında zəhərlənmə əlamətləri yaranıb”, - o vurğulayıb.
E. Hidayətoğlu qeyd edib ki, zəhərlənən şəxslərin bəzilərinin vəziyyəti orta-ağırdır, 1 nəfər isə evə buraxılıb.
***
10:07
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.
Zəhərlənənlərin hamısı Kliniki Tibbi Mərkəzə gətirilib.