Bakıda havada toz dumanı davam edir

Bakıda havada toz dumanı davam edir
# 20 iyun 2021 16:32 (UTC +04:00)

Havada toz dumanı davam edir.

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. Avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5.1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR