Baş Prokurorluğun əməkdaşları BMT-nin Vyanada keçirilən toplantılarında iştirak ediblər

Baş Prokurorluğun əməkdaşları BMT-nin Vyanada keçirilən toplantılarında iştirak ediblər
# 22 iyun 2021 15:35 (UTC +04:00)

Azərbaycan Respublikasının Prokurorluğunun korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir. Avstriya Respublikasının Vyana şəhərində hibrid formatda BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasının İcrası üzrə Nəzarət Qrupunun görüşü və Korrupsiyanın qarşısının alınması üzrə Açıq Hökumətlərarası İşçi Qrupunun 12-ci iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Türkiyə Respublikası, Rusiya Federasiyası, Çin Xalq Respublikası və Korrupsiya əleyhinə Konvensiyaya (UNCAC) tərəf olan digər dövlətlərin təmsilçilərinin də qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə “Korrupsiyaya qarşı mübarizə aparan qurumların səlahiyyətlərinin genişləndirilməsi”, “Rüşvətxorluğa qarşı mübarizədə əldə olunan müsbət təcrübə” və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nümayəndəmiz tədbir iştirakçılarına Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində COVID-19 pandemiyası ilə əlaqədar törədilmiş hüquqpozmalar barədə müraciətlərə baxılması təcrübəsi, hüquqi şəxslərin cinayət məsuliyyəti institutunun tətbiqi vəziyyəti, eləcə də digər yeniliklər barədə də ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR