BMU-nun 3 tələbəsində koronavirus aşkarlanıb

Bakı Mühəndislik Universiteti

© APA | Bakı Mühəndislik Universiteti

# 19 oktyabr 2021 10:40 (UTC +04:00)

Bakı Mühəndislik Universitetinin 3 tələbəsində koronavirus aşkarlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Universitetin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib. Onun sözlərinə görə, həmin tələbələr dərhal nəzarətə götürülüb: “Həmin tələbələr 14 gün ərzində distant təhsilə cəlb olunub. Ancaq qruplarda aparılan yoxlamalar zamanı yoluxma aşkarlanmayıb. Hazırda həmin qruplar nəzarətdə saxlanılır, əgər yoluxma artarsa, distant təhsilə keçiriləcək. Hazırda Universitetdə distant təhsilə keçən qrup yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR