Bu gün 23 mindən çox 9-cu sinif şagirdi imtahan verib - YENİLƏNİB

Bu gün 23 mindən çox 9-cu sinif şagirdi imtahan verib - <span class="red_color">YENİLƏNİB

© APA | Dövlət İmtahan Mərkəzi

# 16 iyun 2021 14:54 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən 16 iyun 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
İmtahanlar 12 (Bakı şəhərinin Xətai, Xəzər, Yasamal rayonlarında, həmçinin Beyləqan, Gədəbəy, Göyçay, Göygöl, Masallı, Oğuz, Salyan, Tovuz, Xaçmazda) şəhər və rayonda keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 105 imtahan binası, 1853 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 105 ümumi imtahan rəhbəri, 297 imtahan rəhbəri, 2313 nəzarətçi-müəllim, 210 buraxılışı rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 23920 şagirdin iştirakı gözlənilirdi.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. 

İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

06:00

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən  ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, Bakı şəhərinin Yasamal, Xəzər, Xətai, həmçinin Göygöl, Tovuz, Gədəbəy, Oğuz, Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan rayonlarında keçiriləcək imtahanlarda 23920 şagirdin iştirak edəcəyi gözlənilir. 

İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

Xatırladaq ki, 16-17 iyun tarixlərində keçiriləcək buraxılış imtahanlarına ümumilikdə 225 imtahan binası, 3600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 225 ümumi imtahan rəhbəri, 600 imtahan rəhbəri, 4524 nəzarətçi-müəllim, 450 buraxılışı rejimi əməkdaşı (mühafizə), 225 bina nümayəndəsi ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR