Bu il 732,6 min şəxsə sosial müavinət və təqaüd ödənilib

Bu il 732,6 min şəxsə sosial müavinət və təqaüd ödənilib
# 18 iyun 2021 10:23 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 732,6 min şəxsə sosial müavinət və Prezidentin aylıq təqaüdləri ödənilib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan 437,4 mini aylıq və birdəfəlik sosial müavinətlə, 295,2 mini Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Qeyd olunan müavinət və təqaüdlər üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz və ya 26,2 milyon manat çox olmaqla, 420,1 milyon manat ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR