Bu il əlillik təyin edilən şəxslərin sayı açıqlanıb

Bu il əlillik təyin edilən şəxslərin sayı açıqlanıb
# 30 noyabr 2021 13:48 (UTC +04:00)

Bu il 51 minədək şəxsə əlillik təyin edilib.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında nazir Sahil Babayev bildirib.

Onun sözlərinə görə, əlilliyi olan 8 min şəxsə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi verilib.

Eyni zamanda aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR