Bu il neçə nəfərə əlillik təyin edildiyi açıqlanıb

Anar Bayramov

© APA | Anar Bayramov

# 16 sentyabr 2021 11:24 (UTC +04:00)

"Əillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən həyata keçirilir". APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, bu il 35 minə yaxın şəxsə əlillik təyin edilib: "Bu qiymətləndirmə 98-99 faiz halda elektron aparılır, vətəndaş narazı olduqda əyani komissiyadan keçmək hüququ var. 11 min nəfərə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb. Həmçinin 8 ayda Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 nəfər mühərrikli təkərli oturacaqla təmin edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR