Cəbrayılda “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin yaradılmasına başlanılıb

Cəbrayılda “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin yaradılmasına başlanılıb
# 01 oktyabr 2021 09:36 (UTC +04:00)

Türkiyə Respublikasının Meşə və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Cəbrayıl rayonu ərazisində salınacaq “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin yaradılması istiqamətində işlərə başlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında bildirilib.

İclasda bildirilib ki, Türkiyənin Meşə və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Cəbrayılda həmçinin “Təlim-tədris mərkəzi”nin və “Tinglik sahəsi”nin yaradılması istiqamətində də işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR