Çimərlik mövsümünün bitməsi ilə bağlı sahilyanı təmizlik aksiyası keçirilib - FOTO

Çimərlik mövsümünün bitməsi ilə bağlı sahilyanı təmizlik aksiyası

© APA | Çimərlik mövsümünün bitməsi ilə bağlı sahilyanı təmizlik aksiyası

# 24 sentyabr 2021 12:19 (UTC +04:00)

Ölkədə çimərlik mövsümünün bitməsi ilə əlaqədar sentyabrın 24-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası keçirilib.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, karantin rejiminin qaydalarına əməl olunmaqla Bilgəh çimərliyində keçirilən aksiyada 100 yaxın könüllü iştirak edib. 1 oktyabr - “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibəti ilə aksiyaya Baş Prokurorluqda ictimai köməkçi qismində fəaliyyət göstərən könüllülər və prokurorluq əməkdaşları qatılıb. “Sahillər təmiz qalsın” şüarı altında Bilgəh çimərliyi ərazisində təşkil edilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Qeyd olunub ki, tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən çimərliyin 2 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub, toplanmış tullantılar çeşidlənərək təkrar emal üçün “AzEkol” şirkətinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR