Daşkəsəndə 220 m hündürlükdən dərəyə düşən şəxsin meyiti çıxarılıb

Daşkəsəndə 220 m hündürlükdən dərəyə düşən şəxsin meyiti çıxarılıb
# 06 iyul 2021 09:02 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Daşkəsən rayonu, Zəylik kəndi yaxınlığında 1 nəfərin dərəyə düşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1985-ci il təvəllüdlü Ağayev Elnur Abdulla oğlu çətin keçilən qayalıq ərazidə ehtiyatsızlıqdan təqribən 200-220 m hündürlükdən dərəyə düşüb. Mürəkkəb relyef şəraitində həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Elnur Ağayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR