Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusdan vəfat edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov

© APA | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov

# 13 sentyabr 2021 11:38 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.

Bu barədə APA-ya Komitədən məlumat verilib. Qeyd edilib ki, Alim Süleymanov koronavirus səbəbindən vəfat edib.

Qeyd edək ki, A.Süleymanov 22 sentyabr 1955-ci ildə Zəngilan rayonunda anadan olub. O, 2015-ci ildən Komitənin Aparat rəhbəri vəzifəsində çalışırdı.

A.Süleymanov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR