DSMF TÜİB-lə əməkdaşlıq edəcək

DSMF TÜİB-lə əməkdaşlıq edəcək
# 05 oktyabr 2021 13:02 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” (TÜİB) İctimai Birliyi İdarə Heyətinin sədri Hüseyin Büyükfıratla görüşüb.

Fonddan APA-ya verilən məlumata görə, görüşdə sosial təminat sahəsində Fond və TÜİB arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Fondun sədri Himalay Məmişov sosial təminat sahəsində Azərbaycanda aparılan son islahatlar, görülən işlər, əhaliyə göstərilən elektron xidmətlər və prioritet hədəflər barədə məlumat verib. Ölkəmizdə proaktiv pensiya təyinatı, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi məsələlərinə toxunulub.

Hüseyin Büyükfırat təmsil etdiyi qurumun vəzifə və funksiyaları, ölkəmizdə həyata keçirilən layihələr barədə məlumat verib, sosial təminat sahəsində qabaqcıl beynəlxalq təcrübə, o cümlədən Türkiyə təcrübəsinin təşviqi işində Fondla əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Görüşdə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və qazilərə maddi-mənəvi yardımın göstərilməsi, bu istiqamətdə müxtəlif birgə layihələrin həyata keçirilməsi və əməli tədbirlərin təşkili məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR