Ədliyyə orqanlarına qəbul üzrə test imtаhаnı keçirilib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 26 noyabr 2021 13:56 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirib.

DİM-dən APA-ya bildirilib ki, imtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil edilib.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahanlar başa çatdıqdan dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunub.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 98 nəfərdən 3 nəfər imtahana gəlməyib. 55 və dаhа çох bаl tоplаmış 46 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR