Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Ağdamda “İmarət” kompleksi, Cümə məscidində olublar - FOTO

Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri

© APA | Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri

# 29 iyul 2021 14:00 (UTC +04:00)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupu səfər çərçivəsində “İmarət” kompleksində, Cümə məscidində olub.

Heyət həmçinin Ağdam Dram Teatrının binasının yerləşdiyi əraziyə, 19-cu əsrə aid Ağdam hamamına baxış keçirib. Burada müvafiq qeydiyyat işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR