Ermənistanın təcavüzü nəticəsində Goranboyda dağılan 366 tikili bərpa olunub, 4 ev yenidən tikilib - FOTO

Ermənistanın təcavüzü nəticəsində Goranboyda dağılan 366 tikili bərpa olunub, 4 ev yenidən tikilib

© APA | Ermənistanın təcavüzü nəticəsində Goranboyda dağılan 366 tikili bərpa olunub, 4 ev yenidən tikilib

# 26 oktyabr 2021 11:29 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Goranboy rayonunda dağılan, ziyan görən evlərin, tikililərin tikintisi, təmir-bərpası yekunlaşmaq üzrədir.

APA-nın yerli bürosunun xəbərinə görə, Goranboy rayonunda Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi dağıdılıb, 373 tikiliyə zərər dəyib. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülmüş işlər nəticəsində 366 tikili təmir-bərpa olunub, 4 yaşayış evi tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib.

Hazırda 1 yaşayış evinin inşası və digər tikililərin təmir-bərpası yekunlaşmaq üzrədir. Qısa zamanda Goranboy rayonu ərazisində tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılacaq.

Naftalanda isə Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş 1 yaşayış evi tikilir, 2 tikili üzrə təmir-bərpa işləri yekunlaşıb.

Qeyd edək ki, ümumilikdə 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırki mərhələdə 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR