Ermənistanla sərhəddə şəhid olan hərbçi Şəmkirdə dəfn olunub - YENİLƏNİB

Şəhid Murad Xəlilov ilə Şəmkirdə vida mərasimi

© APA | Şəhid Murad Xəlilov ilə Şəmkirdə vida mərasimi

# 18 noyabr 2021 13:05 (UTC +04:00)

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Murad Xəlilov Şəmkirdə dəfn olunub.

APA-nın qərb bürosunun xəbərinə görə, şəhid Şəmkirin Çinarlı qəsəbəsi qəbiristanlığında torpağa tapşırılıb.

***

10.46

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Murad Xəlilovla Şəmkirdə vida mərasimi keçirilir.

APA-nın qərb bürosunun xəbərinə görə, şəhidin cənazəsi Şəmkirin Çinarlı qəsəbəsinə, yaşadığı evə gətirilib.

Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər, Şəmkir rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir. Şəhid əsgər Murad Xəlilov Çinarlı qəsəbə qəbiristanlığında dəfin ediləcək.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR