ETSN: Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur

ETSN: Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur
# 01 sentyabr 2021 13:33 (UTC +04:00)

Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır. Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur.

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR