FHN “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda seminar-müşavirə keçirib

“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda seminar-müşavirə

© APA | “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda seminar-müşavirə

# 26 noyabr 2021 17:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda seminar-müşavirə keçirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, seminar-müşavirə kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısının alınması və su obyektlərində insanların təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin məsul əməkdaşları və Lənkəran, Astara rayonlarının ərazisində fəaliyyət göstərən bir qrup kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib.

Seminar-müşavirəni giriş sözü ilə açan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini daxili xidmət polkovniki Fəxrəddin Məmmədov kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyini qeyd edib, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı ilə bağlı qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Xidmətin Kiçikhəcmli Gəmilərə və Bazalara Texniki Nəzarət şöbəsinin rəisi daxili xidmət mayoru Elçin Səfiyev gəmilərin təchizat avadanlıqları və təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışıb, bu sahədə istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR