Gəncə İH başçısı Vətən müharibəsi iştitakçısını xəstəxanada ziyarət edib - FOTO

Gəncə İH başçısı Vətən müharibəsi iştitakçısını xəstəxanada ziyarət edib

© APA | Gəncə İH başçısı Vətən müharibəsi iştitakçısını xəstəxanada ziyarət edib

# 01 noyabr 2021 17:21 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hazırda xəstəxanada müalicə alan Vətən müharibəsi iştirakçısı Ələkbərov Elşən İbrahim oğlunu ziyarət edib, onun səhhəti ilə maraqlanıb.

İH-dən APA-ya verilən məlumata görə, şəhər rəhbərinə məlumat verilib ki, Elşən Ələkbərov oktyabr ayının 7-də Gəncədə olan özəl xəstəxanalardan birinə yerləşdirilib. O, ürək damarlarının vəziyyətini göstərən anju müayinəsi olunub, hazırda açıq ürək əməliyyatının keçirilməsinə ehtiyac var.

Niyazi Bayramov Elşən Ələkbərov və yaxınları ilə söhbət edib. Onlar göstərilən diqqətə görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Şəhər İH başçısı Vətən müharibəsi iştirakçısına şəfa diləyib, onun əməliyyatı, müalicə və müayinəsi üçün müvafiq köməklik göstəriləcəyini bildirib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən şəhid ailələri və qazilərə diqqət bundan sonra da davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR