Gəncədə bir qrup aztəminatlı ailələrin övladlarına dərs ləvazimatları hədiyyə edilib

Gəncədə bir qrup aztəminatlı ailələrin övladlarına dərs ləvazimatları hədiyyə edilib
# 16 sentyabr 2021 09:09 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı və Gəncə İş Adamları İctimai Birliyinin dəstəyi ilə 15 sentyabr-Bilik Günü münasibətilə 18 nömrəli tam orta məktəbdə bir qrup aztəminatlı ailələrlə görüş keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə İş Adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Səməd Tomuyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayıb və çıxışını Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır" kəlamı ilə başlayıb. O bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə olan diqqət və qayğısı nəticəsində bu gün təhsilimiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub və yüksək nəticələrin əldə olunması üçün şərait yaradılıb. Səməd Tomuyev yeni tədris ili münasibətilə tədbirdə iştirak edən müəllim və şagird kollektivini təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.

Gəncə İş adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov və Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də çıxış edərək bu gün təhsilimizdə olan nailiyyətlərdən bəhs ediblər. Onlar şagirdlərə 15 sentyabr-Bilik Günü münasibətilə uğurlar diləyiblər.

Görüşdə iştirak edən müəllimlər və valideynlər təhsilimizə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz dərin təşkkürlərini bildiriblər.

Sonda bir qrup aztəminatlı ailələrin məktəbli övladlarına dərs ləvazimatları ilə dolu çantalar hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR