Gəncədə şəhidlərin anım mərasimi keçirilib - FOTO

Gəncədə şəhidlərin anım mərasimi keçirilib - FOTO
# 27 sentyabr 2021 09:42 (UTC +04:00)

Gəncədə Vətən Müharibəsi şəhidlərinin ildönümü ilə bağlı anım tədbiri keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, anım tədbiri İmamzadə Dini Kompleksində baş tutub. Anım mərasimində 44 günlük Vətən Müharibəsində və 1-ci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş övladların ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib. Daha sonra İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikdən, 44 gün ərzində Ali Baş Komandanın və Müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbədən danışıb.

Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR