Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO

Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

© APA | Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

# 30 oktyabr 2021 17:21 (UTC +04:00)

Gəncədə Vətən müharibəsi şəhidlərinin ildönümləri ilə əlaqədar olaraq anım mərasimləri təşkil edilir. Bu mərasimlərdə şəhər rəhbərliyi də yaxından iştirak edir.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, İH başçısı Niyazi Bayramov, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri təşkil olunan il mərasimlərində yaxından iştirak edirlər. Şəhid ailələri ilə birlikdə Vətən uğrunda canından keçən igidlərimizin məzarları ziyarət olunur, onların ruhuna dərin ehtiram bildirilir.

Qeyd edilib ki, Gəncə Şəhər İH tərəfindən Vətən müharibəsi şəhidlərinin il mərasimlərinin təşkili üçün hər bir ailəyə müvafiq qaydada maddi yardım göstərilir. Aidiyyəti qurumların rəhbərləri tərəfindən şəhid ailələri daim ziyarət olunurlar, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində qanunamüvafiq formada tədbirlər həyata keçirilir.

Bununla yanaşı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canında keçmiş Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksinin inşası davam etdirilir. Şəhər rəhbərliyi mütəmadi şəkildə İstiqlal parkına baş çəkərək, işlərin gedişatı ilə yerində tanış olur. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilən abidə kompleksinin Zəfər günü ərəfəsində təhvil verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR