ABŞ-ın müharibə naziri Pit Heqset oktyabrın 19-da gözlənilmədən İsrailə səfər edib və Baş nazir Benyamin Netanyahu ilə görüşüb.
“Axios”-un məlumatına görə, Heqsetin Netanyahu ilə görüşü Ovda aviabazasında, ABŞ qırıcılarının və yanacaqdoldurma təyyarələrinin olduğu yerdə keçirilib.
Heqset, həmçinin, bazada ABŞ hərbçiləri ilə görüşüb.
Pentaqon və İsrailin ABŞ-dakı səfirliyi “Axios”un sorğusuna cavab verməkdən imtina edib.