Şəhid Elməddin Həsrətov dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB

şəhid Elməddin Həsrətovun dəfn mərasimi

© APA | şəhid Elməddin Həsrətovun dəfn mərasimi

# 27 iyun 2021 15:02 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


11:20

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib.

APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb. Şəhid dəfn edildikdən sonra tabutuna bükülmüş Azərbaycan bayrağı qardaşına verilib.

Dəfndən sonra havaya yaylım atəşi açılıb.

***

saat 10.11

Vətən müharibəsində şəhid olan hərbi qulluqçu ilə Goranboyda vida mərasimi keçrilir.

APA-nın yerli bürosunun məlumatına görə, Həsrətov Elməddin Sərdar oğlunun nəşi onun anadan olduğu rayonun Qarasuçu kəndində gətirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, hərbçi yoldaşları, kənd sakinləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirlər.

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu E. Həsrətov Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 21-də Goranboyun Qarasuçu kəndində anadan olub, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. O, 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib, ailəsi ilə sonuncu dəfə oktyabrın 2-də əlaqə saxlayıb.

E. Həsrətov cəbhənin Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.

E. Həsrətov subay olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR