Gürcüstanda COVID-19-dan ölənlərin sayı 9 110 nəfərə çatıb

Gürcüstanda COVID-19-dan ölənlərin sayı 9 110 nəfərə çatıb
# 05 oktyabr 2021 10:54 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 800 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 621 420, xəstəlikdən ölənlərin sayı isə 9 110 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 593 153 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR