Hərarəti olan 4 şagird imtahana buraxılmayıb

Hərarəti olan 4 şagird imtahana buraxılmayıb
# 09 iyun 2021 14:27 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən APA-ya verilən məlumatına görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 4 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR