İcra nümayəndəsinin Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan müavini dəfn edilib - FOTO

İcra nümayəndəsinin Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan müavini dəfn edilib - FOTO
# 05 iyun 2021 13:07 (UTC +04:00)

Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevlə vida mərasimi keçrilib.

APA-nın yerli bürosunun məlumatına görə, Göygöl rayonu Xasabağı kəndində keçrilən vida mərasimində Kəlbəcər, Göygöl rayon İcra hakimiyyətlərinin nümayəndələri, şəhidin ailə üzvləri, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edib.

Arif Əliyev Göygöl rayon Şəhidlər xiyabanında dəfn edilib.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR