İndiyədək 143 qazi yüksək texnologiyalı protezlə təmin olunub

Mətanət Məmmədova

© APA | Mətanət Məmmədova

# 01 oktyabr 2021 12:24 (UTC +04:00)

“İndiyədək 143 qazinin yüksək texnologiyalı protezlə təminatı həyata keçirilib”.

APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova “Sosial saat”da deyib.

O bildirib ki, hazırda digərlərinin də ölçüləri götürülür: “Mütəmadi olaraq bunun üzərində işlər gedir. Hər bir qazi yüksək texnologiyalı protezlə təmin olunacaq. Artıq yuxarı ətrafların da protezləşməsi başlayıb, bir müddət sonra başa çatacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR