İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 167 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə  167 mina aşkarlanıb
# 18 oktyabr 2021 10:57 (UTC +04:00)

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, oktyabrın 11-dən 16-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 140 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 1146 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 141.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR