Kamran Əliyev: “TDƏŞ Baş Prokurorları Şurasının Əsasnaməsində regional əməkdaşlıq əksini tapıb”

Kamran Əliyev: “TDƏŞ Baş Prokurorları Şurasının Əsasnaməsində regional əməkdaşlıq əksini tapıb”
# 01 noyabr 2021 14:42 (UTC +04:00)

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsində regional əməkdaşlıq əksini tapıb. Bu, konkret cinayət işlərində yardım, hüquqi vəsatətlərin göndərilməsi, ekstradisiya məsələlərində əməkdaşlığın daha intensiv həyata keçirilməsi ilə bağlıdır”.

APA-nın məlumatına görə, bunu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorlarının ilk iclasından sonra keçirilən mətbuat konfransında bbaş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror deyib ki, ikinci istiqamət prokurorluq əməkdaşlarının bilik və bacarıqlarının, ölkələrin qarşılıqlı olaraq hüquq sisteminin öyrənilməsini, faydalı olarsa, bu təcrübələrin qarşılıqlı tətbiqini nəzərdə tutur: “Ümid edirik ki, son nəticədə regionda təhlükəsizliyin qorunması daha etibarlı təmin ediləcək. İnsan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların leqallaşdırılması qarşı mübarizə sahəsində birgə regional əməkdaşlığa ciddi ehtiyac duyulur. Əsasnamədə də bu məsələlər əksini tapıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR