Kiçikhəcmli gəmi istifadəçilərinin təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilmə tədbiri keçirilib

Kiçikhəcmli gəmi istifadəçilərinin təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilmə tədbiri

© APA | Kiçikhəcmli gəmi istifadəçilərinin təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilmə tədbiri

# 04 noyabr 2021 17:48 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən təbdirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib.

Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətə dair tələblər diqqətə çatdırılıb, sözügedən su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş texniki baxışdan keçirilməsinin vacibliyi bildirilib. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda kiçikhəcmli gəmi istifadəçilərinə sözügedən gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR