Masallıda qadın əri tərəfindən qətlə yetirilib

Masallıda qadın əri tərəfindən qətlə yetirilib
# 01 iyun 2021 11:39 (UTC +04:00)

Masallıda qətl hadisəsi baş verib.

Masallı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, mayın 29-da Ruhiyyə Şükürovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İstintaqla zərərçəkmişin əri Rövşən Orucovun arvadı ilə aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı üzərində olan bıçaqla Ruhiyyə Şükürovanın bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rövşən Orucov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR