Məktəbəhazırlıq qruplarının 2021-2022-ci tədris ili üçün tədris planı təsdiqlənib

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 02 sentyabr 2021 15:47 (UTC +04:00)

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2021-2022-ci tədris ili üçün tədris (məşğələ) planı təsdiq olunub.

APA-nın məlumatına görə, bu barədə təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Firudin Qurbanov əmr imzalayıb.

Tədris planına əsasən, məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür: I yarımil: 1 oktyabr - 26 yanvar; II yarımil: 1 fevral - 31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: payız tətili: 16-20 noyabr (5 gün); qış tətili: 27-31 yanvar (5 gün); əlavə tətil: 1-5 may (5 gün).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR