Memarlıq və İnşaat Universitetində magistratura pilləsində bir qrup distant təhsilə keçib

Azərbaycan Memarlıq və İnşaat Universiteti

© APA | Azərbaycan Memarlıq və İnşaat Universiteti

# 31 oktyabr 2021 16:34 (UTC +04:00)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistratura pilləsində bir qrup distant təhsilə keçib.
Bununla bağlı Universitetdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin qrupda bir tələbədə virus aşkarlandığı üçün distant təhsilə keçilib.
Qeyd edilib ki, əyani dərslər başlayandan indiyə qədər universitetdə ümumilikdə 7 qrup distant təhsilə keçib və artıq əyani dərslərə geri dönüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR