Mingəçevir su anbarında balıq ovuna nəzarət artırılıb - FOTO

Mingəçevir su anbarında balıq ovuna nəzarət artırılıb - FOTO
# 16 sentyabr 2021 22:04 (UTC +04:00)

Mingəşevir su anbarında və Kür çayı hövzəsində mövsümün ilk günündən etibarən yalnız 5 balıqçı briqadasının balıq ovuna icazə verllib, qaydalara əməl etməyən ovçular isə məsuliyyətə cəlb olunub.

APA-nın Mingəçevir bürosuna bu barədə açıqlama verən 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Su hövzələrində bioloji resurslara nəzarət qrupunun məsləhətçi müfəttişi Natiq Mustafayev bildirib.

Onun sözlərinə görə, Mingəşevir su anbarı, eləcə də anbarla yanaşı Kür çayının Mingəçevir şəhəri və Yevlax rayonu ərazisindən keçən hövzəsində balıq ovu ilə məşğul olmaq üçün müraciət edən şəxslərə Asan Xidmət Mərkəzləri tərəfindən rəsmi icazələr (lisenziyalar) müəyyən edilir. Bu gün yeni balıq mövsümünün ilk günündən etibarən qeyd olunan ərazilərdə hələlik hər birinin minimum iki üzvü olmaqla 5 briqadaya balıq ovu üçün icazə verilib.

N.Mustafayevin dediyinə görə, qeyri-qanuni balıq ovunun qarşısının alınması üçün idarə əməkdaşları mövsüm ərəfəsində qeyd olunan su hövzələrində genşmiqyaslı əməliyyat reydləri keçirib. Son ik ay ərzində bu reylərin nəticəsi olaraq 2000 metr uzunluğunda qeyri-qanuni torlar yığışdırılıb, qadağa dövründə balıq ovu ilə məşğul olmağa çalışan 3 qayıq saxlanılaraq müsadirə olunub, 4 fakt üzrə hüquqi ölçü götürülüb. Onlardan Yevlax rayon sakini olan bir nəfərin ekoloji dəyərlərə 1000 manatdan çox zərər vurması səbəbindən cinayət məsuliyyəti müəyyən olunaraq, aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat verilib, digər 3 qanun pozucusu haqqında (biri Mingəçevir, ikisi Yevlax sakini olmaqla) isə cərimə protokolları və aktlar tərtib olunub. Təkcə son 10 gün ərzində Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində krivetka ovu üçün nəzərdə tutulmuş 34 balıq səbəti, bir sıra qanunsuz ov alətləri və 800 metr uzunluğunda qeyri-qanuni balıq torları aşkarlanaraq yığışdırılıb. 34 səbətdən əksəriyyəti kustar yolla hazırlanmış, yerdə qalanlar isə standartlara uyğun olmayan səbətlərdən ibarət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR