Naftalanda  8 Noyabr – Zəfər Günü qeyd olunub - FOTO

Naftalanda  8 Noyabr – Zəfər Günü qeyd olunub

© APA | Naftalanda  8 Noyabr – Zəfər Günü qeyd olunub

# 08 noyabr 2021 12:00 (UTC +04:00)

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Naftalan şəhərində tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. İlk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhu böyük ehtiramla yad edilib. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət edilib, gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.Tədbir Ulu Öndər Heydər Əliyevin adına meydanda təşkil olunmuş “Vətənpərvərlik” adlı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirilib.Tədbir açıq elan olunduqdan sonra Vətənimizin azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə “Tarixi Zəfər” mövzusunda çıxış edən ŞİH-nin başçısı qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Vətən müharibəsində yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğunu vurğulayan icra başçısı tarixi torpaqlarımız üzərindəki 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq bu müjdəni xalqa yaşatdığı üçün Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını xüsusi diqqətə çatdırıb.

Digər çıxış edən natiqlər Qalib xalqımızın dövlət başçımızın ətrafında sıx birləşərək bütün dünyaya öz gücümüzün, mətinliyimizin, mübarizliyimizin nümayiş etdirildiyini vurğulayıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq təltif olunmuş Şəhidlərin Aslanov Bəxtiyar İlqar oğlunun “Vətən uğrunda” medalı (ölümündən sonra), Adıgözəlov Fərid İlqar oğlunun “Cəsur Döyüşçü“ medalı (ölümündən sonra), Cəfərov Elyəddin Zöhrab oğlunun “Cəsur Döyüşçü“ medalı (ölümündən sonra), ailə üzvlərinə təqdim olunub.Sonda məktəblilərin ifasında ədəbi-bədii kompazisiya dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR