Nazir: “Bu il 7 700 müəllim yeri vakansiyaya çıxarılıb”

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 04 avqust 2021 17:38 (UTC +04:00)

“Bu il Bakı, Sumqayıt, Abşeronda MİQ müsabiqəsi üçün 1055 vakant yer çıxarılıb”.

APA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda təxminən 13 300 ingilis dili müəllimi işləyir. Müəllimlərin böyük qismi 39 yaşa qədər olan gənc müəllimlərdir: “Sistemdə vakansiyalar yalnız iki cür olur – orta yaşda bu və ya digər səbəbdən ayrılan müəllimlərin yeri, bir də təqaüdə çıxan müəllimlərin yeri olur. Hazırda 60-64 yaşında olan ingilis dili müəllimlərinin sayı 1 533 nəfərdir, 65 yaşında olan isə 116 nəfərdir”.

Nazir deyib ki, bu il ingilis dili müəllimliyində 478 vakansiya çıxarılıb: “21-22 yaşında müəllim təxminən 40 il müəllim işləyir”.

Onun sözlərinə görə, bu il vakansiyaya çıxarılan riyaziyyat müəllimi yeri 378 nəfərdir: “Bu fənn müəllimlərindən 2 257 nəfəri 60-64 yaş, 151 nəfər isə 65 yaşındadır. Vakansiyaların azlığı ilə bağlı şikayətlərə görə bu reallıqları bildirirəm. İbtidai sinif, Azərbaycan dili, ədəbiyyat və riyaziyyat müəllimi olan 60-64 yaş arası 10 581, 65 yaşında 707 müəllim var. Bu il bu fənlər üzrə vakansiyaya çıxarılan 1 412 yerdir. Bu il 7 700 vakant yer var, bu o deməkdir ki, təxminən bu il 40 min şəxsə yox deməli, 7 700 adamı işə götürməliyik. 2021-2022-ci il üzrə ali təhsil müəssisəsələrinin bakalavriat səviyyəsində bəzi təhsil ixtisasları üzrə proqnoz yerlərin sayı 10 240 yer ayrılıb, bunlardan 4 175-i dövlət sifarişidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR