Nazir müavini: "İlkin səhiyyənin əlçatanlıq və keyfiyyəti yüksək olarsa, xəstəliklərlə mübarizə asanlaşar"

Səhiyyə nazirinin müavini Rəhim Əliyev

© APA | Səhiyyə nazirinin müavini Rəhim Əliyev

# 02 iyul 2021 11:48 (UTC +04:00)

“İlkin səhiyyə xidməti elə xidmətdir ki, onun əlçatanlığı, keyfiyyəti yüksək səviyyədə olarsa, həm qeyri-infeksion xroniki xəstəliklər, həm də infeksion xəstəliklərlə mübarizə çox rahatlaşar”.

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Rəhim Əliyev "PROACT-Care" layihəsi çərçivəsində Şamaxıda səyyar klinikaların təhvil-təslim mərasimində deyib.

O bildirib ki, bu xəstəliklərlə mübarizə aparmaq həm dövlət, həm əhali üçün asanlaşır: “Hazırda Azərbaycan səhiyyəsi icbari tibbi sığorta pilləsinə keçir. Bu, çox mürəkkəb dövrə düşdü. Həm müharibə, həm də COVID-lə mübarizəyə görə bu keçid mərhələsi çox əziyyətlər gördü. Eyni zamanda iki düşmənlə mübarizə aparmaq tək ölkə üçün çətindir, bu zaman beynəlxalq yardımlarsız ötüşmək çətin idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR