NK şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestrinin aparılması qaydasını hazırlayacaq

NK şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestrinin aparılması qaydasını hazırlayacaq
# 17 iyun 2021 13:03 (UTC +04:00)

Azərbaycanda şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestri yaradılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaradacaq. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparacaq. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Fərmana görə, Nazirlər Kabinetinə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna uyğun olaraq, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR